2013-cü ildən bu günə qədər sənaye və mülki obyektlərin tikintisi, tarixi binaların bərpası və konservasiyası, daxili təmir və tamamlanma işləri, bünövrə qazıntısı və daşınması, tikinti sahələrinin hazırlanması və tikintidən sonrakı abadlaşdırma xidmətləri ilə fəaliyyət göstəririk.
Bizim üçün əsas prinsip — təhlükəsizliyi təmin etməklə, yüksək keyfiyyətli işlər görməkdir. Bu yanaşmanı həyata keçirməyimizə isə güclü maddi-texniki bazamız, təcrübəli və məsuliyyətli mütəxəssislərimiz, eləcə də səriştəli operatorlar və sürücülər tərəfindən istismar olunan texnikaların daim saz vəziyyətdə saxlanılması imkan verir.
Hər bir layihəni vaxtında və yüksək keyfiyyətlə tamamlamaq bizim üçün prioritetdir. Gördüyümüz işlərdə bu məsuliyyəti əks etdirmək bizim əsas məqsədimizdir.
SƏTƏMM və Keyfiyyət İdarəetmə Sistemi
Təhlükəsizlik, ətraf mühitin mühafizəsi və işçi sağlamlığı — bizim fəaliyyətimizin əsas prioritetlərindəndir. Gördüyümüz bütün işlərdə SƏTƏMM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) standartlarına ciddi şəkildə əməl olunur.
Şirkətimiz OHSAS 18001 və ISO 14001 beynəlxalq standartları əsasında fəaliyyət göstərir. Bu sistemlər çərçivəsində risklərin minimallaşdırılması, ətraf mühitə təsirin azaldılması və işçilər üçün təhlükəsiz əmək şəraitinin təmin edilməsi əsas hədəflərimizdəndir. SƏTƏMM üzrə nəzarət və bütün tələblərin yerinə yetirilməsi daim nəzarət altındadır.
Keyfiyyətə Nəzarət
Layihələrimizin hər mərhələsində keyfiyyətə nəzarət əsas prioritetlərimizdəndir. Biz bütün icra proseslərini korporativ standartlara və müəyyən edilmiş əsas prosedurlara uyğun şəkildə həyata keçiririk.
Şirkətimiz ISO 9001 Keyfiyyəti İdarəetmə Sistemi çərçivəsində fəaliyyət göstərir. Bu sistem, xidmətlərin və görülən işlərin yüksək standartlara cavab verməsini təmin etməklə yanaşı, müştəri məmnuniyyətinin yüksəldilməsinə də xidmət edir. Keyfiyyətə nəzarət mexanizmləri vasitəsilə layihələrin davamlı təkmilləşdirilməsi və peşəkar səviyyədə icrası daim təmin edilir.